Liparityanın “danışıqçı” olacağı inandırıcı görünmür

Liparityanın “danışıqçı” olacağı inandırıcı görünmür

...Yadınızda olar, o vaxt Rusiya tele kanallarından birində iştirakçı olan erməni politoloq Sarkis Tsaturyan həmişə ruslara sadiq ermənilərin sədaqətli xidmətləri müqabilində Kremldən hələ ki, buna əvəz görmədiklərini bildirərək "giley ermişdi".

Doğrudur, həmən teleşouda verliş iştirakçısı olan rus politoloqdan tutarlı faktlarla cavabını alan Sarkis sonradan mütiyə döndü. Əslində, bu başadüşüləndir. Çünki bu günkü erməni siyasəti Sarkis kimi dar düşüncəlilərin ümidinə qalıb. Əslində isə bu millətdə hər şey, bir növ, sünidir. Yəni onlar lazım olanda müti bir qula dönüb yazıq görkəm almağı bacardıqları kimi, elə siyasətlərini də yalan-palan üzərində qurmaqda da "pərgardırlar"...

Beləliklə, ötən gün Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçın Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə kimi təyin olunmasını “təhlil edən” erməni politoloq Sergey Melkonyan, “böyük uzaqgörənliklə” bu gün Ankaranın real normallaşmaya hazır olmadığını bildirib. Onun fikrincə, türklərin “münasibətlərin normallaşması” istiqamətindəki fəaliyyətləri erməni siyasi amilinin məhvi deməkdir.

Melkonyan əsas kimi, türklərin bu məsələ ilə bağlı təyinatına, təbii ki, Serdar Kılıça diqqət çəkərək bildirir ki, bu cür “danışıqçılar” tarixin “düşmənləridirlər”. Guya onlar “erməni soyqırımı”nı dünyaya unutdurmağa çalışmaqla yanaşı, eyni zamanda erməni dövləti, milləti ilə bağlı faktları da saxtalaşdırır və onu məhv etmək istəyənlərdir. Erməni politoloqun düşüncəsinə görə, guya bu danışıqlarda “artsax” və erməni diasporası müntəzəm olaraq hücumlara məruz qalacaq. Çünki, Serdar Kılıç, yenə də erməni düşüncəsinə görə, təkcə “erməni soyqırımını inkar edən” biri deyil, o həm də soyqırımın tanınmasına maneçilik törədən, “tarixi saxtalaşdıran” bir türk lobbiçisidir: “...ona görə də bu məsələdə ikinci fikir ola bilməz”.

Maraqlıdır ki, Sergey Melkonyan, erməni tərəfinin türklərin münasibətlərin normallaşması təklifi fonunda Serdar Kılıçı “danışıqçı” kimi qəbul etməsini qəbuledməz sayır. Onun fikrincə, bu Nikol hakimiyyətinin “erməni soyqırımı”nı ikinci dərəcəli mövzu kimi qəbul etməsinə dəlalət edir.

Yaxşı, Sarkis Tsaturyanla məsələ bəlli, bəs, görən özünü politoloq kimi təqdim edən Sergey Melkonyanın istəyi nədir. Təbii ki, bu bütün ermənilərdə gendən gələn bir haldır.

Yeri gəlmişkən xatırladaq ki, Paşinyan hakimiyyəti bir müddət bundan əvvəl danışıqlar üçün ermənilər tərəfdən Levon Ter-Petrosyanın müşaviri olmuş Jirayr Liparityanı cəlb etmək istəyirdilər. Amma belə görünür ki, “...əgər biz gələcək üçün, zamanın və sağlam düşüncənin sınağından keçəcək bir proqram hazırlamaq istəyiriksə, yaxın keçmişimizi göstərən işarənin istiqamətini dəyişməyin vaxtı çatıb”-deyən birinin “dar düşüncəli” erməniləri qane edəcəyi elə də inandırıcı görünmür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə