Burdur gölündə köpük görən vətəndaşlar təəccüblənib. Mütəxəssislər göldə hər il köpüklənmə olduğunu və bunun təbii proses olduğunu bildiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mövsümi quraqlıq təhlükəsi ilə gündəmə gələn Burdur gölündə köpüklənmə də təsirsiz ötüşməyib.
Son illər suyun səviyyəsinin təxminən 18 metr aşağı düşdüyü gölün sahilində köpüklənmə müşahidə olunub. Hər il baş verən köpüklənmə bu il gölə baş çəkməyə gələnləri heyrətləndirib. Burdurda gölü ziyarət etməyə qonaq kimi gələn Nurettin Yılmaz “Gölü ziyarət etməyə gəlmişdik. Mən əvvəllər belə bir şey görməmişdim. Gölün sahilində qaynar su var idi. Mən bunu əvvəllər heç görməmişdim” deyib.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB