Tarazlığını itirərək uçurumdan aşağı yuvarlandı

Tarazlığını itirərək uçurumdan aşağı yuvarlandı

Türkiyənin Bursa şəhərinin İnegöl əyalətində Feyyaz Yılmaz qarın yağmasını izləmək üçün yoldaşı ilə birlikdə 1200 metr hündürlüyündə Boğazovaya qalxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təbii ehtiyaclarını ödəmək üçün uçurumun kənarına yaxınlaşdıqda, yerin sürüşkən olması nəticəsində tarazlığını itirərək uçurumdan aşağı yuvarlanıb. Bir saatlıq çalışma nəticəsində Yılmaz yaralı olaraq tapılıb və xəstəxanaya yerləşdirilib.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə