İraqda 6 terrorçu zərərsizləşdirilib

İraqda 6 terrorçu zərərsizləşdirilib

Təhlükəsizlik qüvvələrinin ölkə daxilində və ölkədən kənarda keçirdiyi əməliyyatlarda bölücü terror təşkilatı PKK-nın 14 terrorçusu zərərsizləşdirilib. SİA xəbər verir ki, terrorla mübarizəni davam etdirən təhlükəsizlik qüvvələri terrorçuları zərərsizləşdirməyə davam edir.

Daxili işlər naziri Süleyman Soylu açıqlamasında Mardin vilayətinin Bağok dağı bölgəsində əməliyyat keçirildiyini və əməliyyatda 6 terrorçunun zərərsizləşdirildiyini bildirib.

İraqın şimalında isə bölücü terror təşkilatı PKK/KCK üzvü 6 terrorçu zərərsizləşdirilib.

Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, dekabrın 13-də Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələri (TSK) İraqın şimalındakı Qara bölgəsində birgə əməliyyat keçirib.

Əməliyyatda 6 PKK/KCK terrorçusu zərərsizləşdirilib.

İraqın şimalındakı "Pençe-Şimşek" əməliyyatı bölgəsində də iki PKK terrorçusu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada "Terrorçuları yuvalarında vurmağa davam edirik. İraqın şimalındakı "Pençe-Şimşek" əməliyyatı bölgəsində aşkarlanan 2 PKK terrorçusu ATAK helikopterlərimiz tərəfindən zərərsizləşdirilib" ifadələri yer alıb

Bütün xəbərlər Facebook səhifəmizdə