İngiltərədə bir xəstəxanada “Omikron” mutasiyasına yoluxan Covid-19 xəstəsi öldü və İngiltərə səhiyyə naziri bu səhər "Epidemiyada böyük bir dalğa gəlir" deyib. SİA xarici mətbuata istinadən bildirir ki, ilk dəfə Cənubi Afrikada aşkarlanan koronavirusun son variantı olan “Omikron” bütün dünyaya sürətlə yayılarkən, beynəlxalq xəbərlər Avropadan ilk ölüm xəbərini verib. Koronavirusun çoxlu mutasiyaya uğramış versiyası olan “Omikron” Böyük Britaniyada qeyri-adi sürətlə yayılıb.
Qeyd edək ki, İngiltərədə aşkar edilən “Omikron” hadisələrinin sayı 1,239-a çatıb ki, bu da əvvəlki günə nisbətən iki dəfə çoxdur.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB