Qaçqın düşərgəsində uşaqlar ölür

Qaçqın düşərgəsində uşaqlar ölür

Yəmənin Marib şəhərindəki qaçqın düşərgəsində qeyri sabit hava şəraiti və şaxta nəticəsində uşaqlar həyatını itirib.

Yəmən hökuməti yanında Qaçqın Düşərgələri İdarəsi İcra Birliyinin sosial media hesabından verilən açıqlamada Maribdəki qaçqın düşərgəsində 3 uşağın donaraq öldüyü bildirilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir. Yəmənlilərin yaşadığı qaçqın düşərgələrində ən sadə səhiyyə xidmətləri, eləcə də uşaq, qadın və qocaları soyuqdan qoruyan imkanların olmadığına diqqət çəkilən açıqlamada humanitar yardım təşkilatlarına çağırış edilib.

Xatırladaq ki, Marib qubernatorunun müavini Abdurabbu Miftah Noyabr ayında verdiyi açıqlamada Husilər tərəfindən Maribin cənub bölgələrindən didərgin salınan minlərlə ailənin olduğunu bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə