Daha bir ölkənin prezidenti koronavirusa yoluxub

Daha bir ölkənin prezidenti koronavirusa yoluxub

Cənubi Afrika Respublikasının (CAR) prezidenti Siril Ramafosanın COVID-19 testi müsbət çıxıb.

SİA xəbər verir ki, bu barədə məlumatı CAR dövlət başçısının dəftərxanası yayıb.

"Prezident Siril Ramafosa COVID-19-un yüngül simptomlarına görə müalicə alır. 12 dekabr 2021-ci ildə onun koronavirus infeksiyası üçün testi müsbət çıxıb", deyə məlumatda bildirilir

COVID-19-a qarşı tam peyvənd olunmuş Ramafosa Keyptaunda özünü təcrid edib. Onun səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident David Mabuza icra edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə