Polşa hökuməti yanında Beynəlxalq Münasibətlər İnstitutu Rusiyaya qarşı çox yumşaq davranmaqda Fransanı ittiham edib. SİA xəbər veror ki, bu barədə RT yazır.
“Fransa hakimiyyəti Rusiya yönümlü müxalifətin reaksiyasından, ABŞ-a münasibətdə Fransanın mövqelərinin zəifləməsindən və NATO-nun artan rolundan ehtiyat edərək Rusiyaya qarşı daha qətiyyətli siyasətdən yayınır”, deyə təşkilat bildirib.
Eyni zamanda, müəlliflər Parisi mübahisəli vəziyyətləri Rusiya lideri Vladimir Putinlə birbaşa dialoq yolu ilə həll etməyə çalışdığına görə tənqid edirlər.
Sonda iddia edilir ki, Rusiya bu vəziyyətdən “Aİ-dəki vəziyyəti sarsıtmaq” üçün istifadə edəcək.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB