Böyük Britaniyanın xarici işlər naziri Liz Truss və Almaniyanın xarici işlər naziri Annalena Berbok G7 ölkələrinin Ukraynanı Rusiyanın “təhlükəsindən” birgə müdafiə etməsinin zəruriliyi barədə razılığa gəliblər. SİA xəbər verir ki, həmkarlar bu qənaətə G7 ölkələrinin xarici işlər nazirlərinin dekabrın 11-12-də Liverpulda keçiriləcək sammiti ərəfəsində danışıqlar zamanı gəliblər.
Nazirlər azadlığın və demokratiyanın qorunması və təşviqinin vacibliyi və azad dünyanı təhdid edən avtokratik rejimlərlə mübarizənin zəruriliyi ilə bağlı razılığa gəliblər. Onlar bir sıra prioritetləri, o cümlədən G7 ölkələrinin birləşmiş cəbhə kimi fəaliyyət göstərməsinin vacibliyini müzakirə ediblər.
Bundan əvvəl ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və İtaliya dövlət başçıları Ukrayna mövzusunda Rusiya ilə dialoqun vacibliyi barədə birgə nəticəyə gəliblər.
Xatırladaq ki, dekabrın 7-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden iki saatlıq videokonfrans formatında danışıqlar aparıblar. Rusiya dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun sözlərinə görə, daxili Ukrayna böhranı əsas müzakirə mövzularından biri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB