Meymuna kokain verən qadına hökm oxundu

Meymuna kokain verən qadına hökm oxundu

Uelsdə meymuna kokain təklif edən qadına ömürlük heyvan saxlamaq qadağan edilib. SİA xarici mətbuata istinadən bildirir ki, Nyuport şəhərindən olan 38 yaşlı Vicki Holland 12 həftəlik şərti cəza ilə yanaşı, 12 aylıq şərti həbs cəzasına məhkum edilib.

Üç ayrı cinayət törətdiyini etiraf edən Holland 420 funt sterlinq məhkəmə xərcləri və 128 funt sterlinq cərimə ödəyəcək.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə