ABŞ-da neft istehsalı artıb

ABŞ bu həftə neft qazma qurğularının sayını artırıb. SİA xarici mətbuata istinadən bildirir ki, 4-10 dekabr dövründə ölkədəki neft buruqlarının sayı əvvəlki həftə ilə müqayisədə 4 ədəd artaraq 471-ə çatıb. Son 1 ildə ABŞ-da neft qazma qurğularının sayı 213 ədəd artıb. Cümə axşamı 74,42 dollarla bağlanan Brent markalı neftin barel qiyməti cümə günü 75,15 dollarla başa vurub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə