Türkiyəli prof. Dr. Uğur Şahin və Özlem Türecinin qurucusu olduğu biotexnologiya şirkəti BioNTech-in ABŞ-ın Pfizer şirkəti ilə birlikdə istehsal etdiyi mRNT peyvəndinin dünyanı fırtınalara salan “Omikron” variantına qarşı təsirli olduğu açıqlanıb. SİA xarici mətbuata istinadən bildirir ki, yeni peyvənd 2022-ci ilin mart ayından etibarən ishetsal olunacaq. Laboratoriya testlərinə görə Pfizer/BioNTech peyvəndinin üçüncü dozasının zərərsizləşdirici anticisimləri 25 dəfə artırdığı bildirilib.
Cənubi Afrikadakı Afrika Sağlamlıq Araşdırma İnstitutu tərəfindən dərc edilən hesabatda “Omikron”-a qarşı 2-ci doza Pfizer/BioNTech peyvəndinin təsirinin aşağı olduğu, üçüncü dozanın isə virusa qalib gəlməyə kömək edə biləcəyi qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB