Qərbi Balkan ölkələrində COVID-19 həyəcanı

Serbiya ilə Bosniya və Herseqovinada koronavirusa yoluxma halları artır

Qərbi Balkan ölkələrindən Serbiya ilə Bosniya və Herseqovinada COVID-19 infeksiyasına yoluxma və ölüm hallarında artım müşahidə edilir.

SİA xəbər verir ki, Serbiyanın Səhiyyə Nazirliyi Rusiya istehsalı olan birdəfəlik “Sputnik Light” peyvəndinin tezliklə tətbiq olunacağını açıqlayıb. COVID-19-a yoluxanların sayının 1 milyon 270 minə çatdığı Serbiya bununla da “Sputnik Light” peyvəndini təsdiqləyən ilk Avropa ölkəsi olacaq. Ölkədə COVID-19-un qurbanlarının sayı 11 min 955-ə yüksəlib.

Bosniya və Herseqovinada isə COVID-19-a qarşı peyvəndlərə maraq azdır. Bu səbəbdən ölkədə hər iki doza peyvənd olunanların əhaliyə nisbəti 30 faizi ötə bilməyib. Son 24 saat ərzində Bosniya və Herseqovinada 264 nəfərdə COVID-19 aşkarlanıb, 32 nəfər virusun qurbanı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə