Adama Barrou prezident seçkilərində qalib gəlib

Qambiyanın hazırkı dövlət başçısı Adama Barrou şənbə günü Afrika ölkəsində keçirilən prezident seçkilərində qalib gəlib. SİA bu barədə xarici mətbuata istinad edir.

Xarici mətbuatın məlumatına görə, Barrou seçicilərin təxminən 53 faiz səsini toplayıb. Ölkənin keçmiş vitse-prezidenti və müxalif Birləşmiş Demokratik Partiyasının lideri, hazırkı dövlət başçısının əsas rəqibi Useyn Darbaud təxminən 28 faiz seçici səsi toplayıb.

Xatırladaq ki, seçkilərdə qələbə uğrunda altı siyasətçi, o cümlədən ikinci müddətə yenidən seçilmək istəyən Barrou mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...