COVID-19-dan ölənlərin sayı 7 683 nəfərə çatıb - ERMƏNİSTANDA

Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 327 yeni yoluxma qeydə alınıb. SİA "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 340 723-ə çatıb.

Son sutka ərzində infeksiyadan 14 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 7 683 nəfərə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə