Hindistanda atışma zamanı 14 nəfər həlak olub

Hindistanın şimal-şərqindəki Naqaland əyalətində keçirilən hərbi əməliyyat zamanı kəndlilərin üsyançılarla səhv salınması nəticəsində azı 13 mülki şəxs və ölkənin təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olub.

SİA xəbər verir ki, təhlükəsizlik qüvvələri üsyançılarla mübarizə üçün əməliyyat planlaşdırıb. Lakin yaxınlıqdakı kəndin sakinlərini üsyançılarla səhv salıblar. Nəticədə hərbçilər bir neçə mülki şəxsi güllələyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə