Efiopiya ordusu dörd şəhərə nəzarəti bərpa edib

Efiopiya ordusu dörd şəhərə nəzarəti bərpa edib

Efiopiya hökumət qüvvələri ölkənin şimalında dörd şəhəri Tıqray üsyançıları və onların müttəfiqlərindən azad edib.

SİA xəbər verir ki, bu barədə ölkənin baş naziri Abiy Əhmədin ofisi məlumat yayıb.

Azad edilən Mehal-Meda, Çefa-Robit, Harbun və Mekoy şəhərləri Tıqray üsyançılarının nəzarət etdiyi Amhara əyalətində yerləşir.

Son bir həftə ərzində federal qüvvələr Tıqray üsyançılarını Amhara və Afar əyalətinin 20-dən çox şəhərindən qovub.

Bütün xəbərlər Facebook səhifəmizdə