“Yetərmi? Yetməz. Bundan sonrakı işlər daha çətindir”

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar müdafiə sənayesindəki inkişafları qürurla izlədiklərini ifadə edərək Türkiyənin önündəki texnologiya baryerlərini aşacaqlarını söylədi.

SİA xəbər verir ki, Baş qərargah rəisi general Yaşar Gülər, komandirlər və nazir müavini Muhsin Dərə ilə Maşın Kimya Sənayesi (MKE) sursat zavoduna baş çəkən H.Akar orada işçilərlə də görüşüb.

Türkiyənin təsir və maraq dairəsinin genişləndiyi və bu vəziyyətin TSQ-nin məsuliyyətlərini artırdığını bildirən Akar deyib: "Hörmətli ölkə başçısımızın liderliyi altında Türkiyə beynəlxalq arenada artıq bir mübtəda halına gəlib.

Yerli və milli müdafiə sənayesi artıq bir seçim deyil, zərurət olub.

Əvvəllər sadə tüfəngimizin patenti də xarici idi. Lakin indi yüngül silahlarımızdan tutmuş gəmi, “Fırtına” haubitsaları, vertolyotları, PUA (İHA) və silahlı PUA-ları (SİHA) ixrac edirik.

Yüksək texnologiyaya söykənən silah-sursat və sistemləri Mehmetciyin müvəffəqiyyətlərini daha da artırır.

Müdafiə sənayesindəki prosesləri böyük bir həyəcan və qürurla izləyirik. Bu sahədə Maşın Kimya Sənayesinin rolu çox əhəmiyyətli və böyükdür. Təkcə ölkəmiz deyil, beynəlxalq məkanda da bu sənayenin adının hörmətli və say-seçmə yerlərə çatdığını görməkdən böyük məmnuniyyət duyuruq.

Bu gün müdafiə sənayesi sektorunda millilik və yerlilik nisbəti 80 faizə çatıb. Yetərmi? Yetməz. Bundan sonrakı işlər daha çətindir. Tək ürək, tək yumruq olaraq daha çox çalışaraq önümüzdəki texnologiya baryerlərini aşmalıyıq."

Bütün xəbərlər Facebook səhifəmizdə