“Beynəlxalq səfərlərə qadağa həyatı ağırlaşdıracaq”

Bəzi ölkələr yeni ştamla mübarizədə səfərlərə məhdudiyyət qoyulmasını da bir vasitə kimi görür.

SİA-nın xəbərinə görə, bu məlumat Ümumdünya Səhiyyə Təşkilatının yaydığı bildirişlə əksini tapıb.

Qurum hesab edir ki, beynəlxalq səfərlərə tam qadağa qoyulması koronavirusun yayılmasını dayandırmayacaq, əksinə həyatı daha da ağırlaşdıracaq. Bu, səhiyyə sahəsində qlobal səylərə mənfi təsir göstərə bilər.

Təşkilat səfərlərlə bağlı qaydaları risklərin qiymətləndirilməsi və təsdiqlənmiş məlumata əsasən tətbiq etməyi məsləhət görür.

Bütün xəbərlər Facebook səhifəmizdə