Fransalı jurnalist prezident olmaq istəyir

“Fransanın tanınmış radikal sağçı jurnalisti, yazıçı, keçmiş televiziya şərhçisi Erik Zemmur gələn ilin aprelində ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək”.

O, bunu özünün tviter hesabında paylaşdığı on dəqiqəllik videomüraciətində açıqlayıb.

E.Zemmur bildirib ki, Fransa immiqrantlar dalğasında boğulur: “Artıq ölkəmiz Qərb dəyərləri ilə bir araya sığmayan İslamın təsiri altında kimliyini itirmək təhlükəsilə üz-üzə qalıb. Mən övladlarımızın və nəvələrimizin barbarlığa düçar olmaması, qızlarımızın başörtülü gəzməmələri, onların Fransanı bizdən əcdadlarımızın bildiyi şəkildə təhvil almaları naminə prezident seçkilərində iştirak etmək qərarını verdim. Arklı Joan və XIV Lui Fransasının, Notr Dam və kənd kilsələri ölkəsinin artıq yox olur. Öz ölkənizdə özünüzü əcnəbi kimi hiss edirsiniz… İmmiqrasiya bütün problemlərimizin səbəbi deyil, amma hamısını daha da ağırlaşdırır”.

O, seçiləcəyi halda Fransa məktəblərindən gender tədqiqatlarını yox edəcəyini, dövlət borcunu sildirəcəyini, ölkənin suverenliyini Avropa texnokratları və yəhudilərindən xilas edəcəyini deyib, həmçinin ölkəni yeni sənayeyə inteqrasiya etdirəcəyini, işsizliyi azaldacağını da vəd edib.

Qeyd edək ki, 63 yaşlı jurnalist Fransanın müsəlmanlar tərəfindən zəbt olunması mövzusunda yazdığı kitablarla tanınır. E.Zemmura qarşı iki dəfə ədavət salmaq və ay

Bütün xəbərlər Facebook səhifəmizdə