COVID-19-a yoluxanların sayı 5 milyonu ötüb

Ötən gün İtaliyada COVID-19 infeksiyasına yoluxanların sayı 12 min 932 nəfər artaraq ümumilikdə 5 milyon 7 min 818-ə yüksəlib.

SİA xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusun qurbanlarının sayı isə 47 nəfər artaraq 133 min 674-ə çatıb.

Son 24 saat ərzində ölkədə 512 min 592 test icra olunub, aktiv COVID-19 xəstələrinin sayı 186 min 443 nəfərdir. Reanimasiya şöbəsində olan xəstələrin sayı 638 nəfər, virusdan sağalanların sayı isə 5383 nəfər artaraq 4 milyon 687 min 701 olub.

Keçən il dekabrın 27-dən etibarən COVID-19-a qarşı aparılan vaksinasiya kampaniyası çərçivəsində bu günədək 95 milyon 412 min 569 doza peyvənd vurulub. Peyvəndlərini tamamlayanların sayı 45 milyon 610 min 89 nəfərdir. Ölkədə sentyabrın 20-dən etibarən xərçəng xəstələri və immuniteti zəif olan şəxslərə üçüncü doza peyvənd vurulur. İndiyədək 5 milyon 791 min 668 nəfərə əlavə peyvənd tətbiq edilib.

Bundan başqa, COVID-19-un yeni ştamının (Omicron) yayılmasının qarşısını alınması üçün ölkə daxilində, xüsusən də hava limanlarında nəzarət tədbirləri gücləndirilib. Belə ki, daha əvvəl Cənubi Afrika Respublikası və Mozambikdən Romanın “Fiumicino” və Milanın “Malpensa” hava limanlarına gələn sərnişinlər yenidən COVID-19-a görə testdən keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə