Seçkilərdə qələbəni vəfat etmiş namizəd qazanıb

Hindistanın Bihar əyalətinin Camui rayonunun Dipakarhar kəndində yerli şura seçkilərində səsverməyə iki həftədən çox qalmış vəfat edən namizəd qalib gəlib.

SİA xəbər verir ki, Soxan Murmu adlı şəxs seçkilərdə qalib gəlincə onun müvafiq sənədi götürmək üçün gəlmədiyi səbəbindən seçki komissiyasının təmsilçiləri onun yaxınlarına müraciət edib. Nəticədə aydınlaşıb ki, o, 6 noyabr tarixində dünyasını dəyişib. Üstəlik, seçki komissiyasına onun ölümü ilə bağlı məlumat bilərəkdən verilməyib.

"Rəqibini 28 səslə məğlub edən Murmunun ailə üzvləri mərhumun son arzusunun seçkilərdə qalib gəlmək olduğunu bildiriblər. Buna görə də onun ölümü ilə bağlı müvafiq qurumlara məlumat vermilməyib", - deyə seçki komissiyadan bildirilib.

Nəticədə yerli seçki komissiyası üçün çətin vəziyyət yaranıb. Ştat hakimiyyəti ölkənin MSK-dan seçkilərin etibarsız sayılmasını xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə