Qolodomor qurbanlarının anım günü qeyd edilib

27 noyabr Ukraynada Qolodomor qurbanlarının xatirə günü kimi qeyd edilir.

SİA xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski və birinci xanım Qolodomor qurbanlarının xatirəsini anma tədbirində iştirak ediblər.

V.Zelenski 1932-1933-cü illərdə Qolodomor qurbanlarının xatirəsini ehtiramla yad edib.

Ukrayna lideri bildirib ki, Qolodomor Muzeyinin ikinci mərhələsi faciənin 90-cı ildönümünə qədər tikilməlidir.

Qeyd edək ki, Qolodomor qurbanlarının xatirə günü rəsmi olaraq 1998-ci ildən qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə