Qəddafinin oğlunun namizədliyi təsdiqlənməyib

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslamın qarşıdan gələn prezident seçkilərində namizədliyi təsdiqlənməyib.

Bu barədə Liviyanın Ali Seçki Komissiyası qərar qəbul edib.

Bununla belə, qərar ilkindir və namizəd tərəfindən etiraz edilə bilər.

Qeyd edək ki, komissiya qeydiyyat üçün sənəd təqdim edən 98 namizəddən 25-nin ərizəsini rədd edib.

İmtina edilmiş namizədlər siyahısında birinci yerdə sənədləri seçki qanunvericiliyinin bir sıra tələblərinə uyğun gəlmədiyinə görə Seyf əl-İslam Qəddafinin adı yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə