Ukrayna xarici işlər nazirinin müavini Əminə Ceppar Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımda 31 Krım tatar türkünün saxlanıldığını açıqlayıb. SİA bu barədə türk mətbuatına istinad edir.
Əminə Ceppar sosial media hesabından paylaşdığı açıqlamada: “Krım tatar fəalları, həbs müddəti başa çatan vəkil Edem Semedlayevi qarşılamağa getdikləri əsnada tutulublar. Aralarında qadın və jurnalistlərin də olduğu 31 nəfər saxlanılıb. Rusiya özbaşına həbslərə dərhal son qoymalı və qanunsuz həbs edilən bütün Ukraynalıları azad etməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB