Missionerlərin ikisi sərbəst buraxılıb

Oktyabrın 16-da Haitidə bir dəstə tərəfindən qaçırılan və adambaşına 1 milyon dollar fidyə tələb edən ABŞ-ın xristiyan missioner qrupunun 17 üzvündən ikisi sərbəst buraxılıb.
Missionerlərin ikisi sərbəst buraxılıb

SİA-nın Türkiyənin TRT telekanalına istinadən əldə etdiyi məlumata görə, azadlığa buraxılan 2 girovun vəziyyəti yaxşıdır.

Xatırladaq ki, missionerlər uşaq evi tikmək məqsədi ilə getdikləri Haitidə işlərini tamamlayıb ABŞ-a qayıdarkən “400 Mavozo” kimi tanınan dəstə tərəfindən qaçırılıb.

Qeyd edək ki, son zamanlar Haitidə quldur dəstələrinin adam oğurluğu hadisələri xeyli artıb. Onlar qaçırdıqları üçün adambaşına bir neçə yüz dollardan 1 milyon dollara qədər fidyə tələb edirlər.

Birləşmiş Millətlər Təşkilatının Haitidəki İnteqrasiya Ofisinin keçən ay açıqladığı hesabata görə, 2021-ci ilin ilk 8 ayında Haiti Milli Polisinə ən azı 328 adam oğurluğu barədə məlumat verilib. 2020-ci ildə bu rəqəm 234 olub.

Bütün xəbərlər Facebook səhifəmizdə