Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

Gündəlik yoluxma sayı 24.856-dır (22 noyabr 2021)
Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

Türkiyədə yeni tip korona virusundan (Covid-19) noyabrın 22-də 193 nəfər dünyasını dəyişib.

Bir gündə 361 min 5 test edilib. Gündəlik yoluxma sayı 24.856-dır.

Son 24 saatda sağalanların sayı 28.935-dir.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi 119 milyon 473 min 872 peyvənd vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə