Konqresmenrlərin Rusiyadakı seçkilər barədə fikirləri VOLODİN TƏRƏFİNDƏN ŞƏRH OLUNUB

Konqresmenrlərin Rusiyadakı seçkilər barədə fikirləri VOLODİN TƏRƏFİNDƏN ŞƏRH OLUNUB

ABŞ Rusiyadan isteriya həddinə qədər qorxur. SİA xəbər verir ki, bu sözləri Dövlət Dumasının sədri Vyaçeslav Volodin amerikalı siyasətçilərin Rusiya Federasiyasında növbəti prezident seçkiləri ilə bağlı təşəbbüsünü şərh edərkən söyləyib.

Qeyd edək ki, konqresmenlər Stiv Koen və Co Uilson ABŞ Konqresinin Nümayəndələr Palatasına Rusiya prezidenti Vladimir Putinin 2024-cü ildə yeni müddətə namizədliyini irəli sürmək qərarına gələrsə, onu Rusiya dövlətinin başçısı kimi tanımamaq təklifini təqdim ediblər.

Xatırladaq ki, bir qədər əvvəl Moskva artıq amerikalı siyasətçilərin və rəsmilərin Putinin növbəti prezident seçkilərində iştirakı ilə bağlı vəziyyətin müzakirəsini Rusiya Federasiyasının daxili işlərinə müdaxilə kimi qiymətləndirib. Koen və Vilsonun təklif etdiyi sənəd qəbul olunarsa, tövsiyə xarakteri daşıya bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə