Slovakiyada yoluxma halları artdığı üçün hökumət yeni tədbirlər barədə qərar qəbul edib.
SİA-nın xəbərinə görə, bazar ertəsindən etibarən ictimai və əyləncə məkanları vaksinasiya kursu keçməmiş vətəndaşlar üçün 3 həftə ərzində bağlı olacaq.
İşçilərdən isə neqativ test nəticəsi tələb olunacaq. Əvvəllər mənfi test nəticəsi ilə girmək mümkün olan obyektlərlə bağlı da qayda dəyişib. Məqsəd vaksinasiya prosesini sürətləndirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB