Sandu keçiriləcək prezident seçkilərini qeyri-legitim adlandırıb

Sandu keçiriləcək prezident seçkilərini qeyri-legitim adlandırıb

Moldova prezidenti Maya Sandu cümə günü deyib ki, tanınmamış Pridnestroviya Moldova Respublikası başçısının seçilməsi üçün keçiriləcək seçkiləri qeyri-legitim hesab edir. SİA xəbər verir ki, bu sözləri Sandu mətbuat konfransında söyləyib.

"Biz Dnestryanı liderin seçkilərini qeyri-legitim hesab edirik, ona görə də onlardan heç nə gözləmirik", deyə Sandu bildirib.

O, əlavə edib ki, gələcəkdə Dnestryanı bölgənin hazırkı rəhbəri Vadim Krasnoselski ilə görüşmək niyyətində deyil.

Xatırladaq ki, Dnestryanı bölgənin başçısının seçilməsi üçün seçkilər dekabrın 12-də keçiriləcək. Bu vəzifəyə üç nəfər iddialıdır. Hazırkı prezident Vadim Krasnoselski ilə yanaşı, artıq qeydə alınmış namizəd, Tiraspol sakini Nikolay Malışev və Qriqoriopol vilayətinin sakini Sergey Pınzar da seçkilərdə iştirak etmək istəklərini bildiriblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə