Koronavirus epidemiyası qlobal miqyasda təsirlərini davam etdirir. Ümumilikdə 254 milyondan çox inan infeksiyaya yoluxub və 5 milyondan artıq şəxs virus səbəbindən həyatını itirib.
Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarına görə, ardıcıl dördüncü həftədir ki, qlobal miqyasda yoluxma və ölüm saylarında artım müşahidə olunur. Ötən həftə 3,3 milyon insanın virusa yoluxduğu və bunun böyük hissəsinin də Avropa ölkələrinin payına düşdüyü vurğulanıb. Ekspertlər yoluxmaların artmasını əsasən virusun mutasiyaya məruz qalması nəticəsində daha yoluxucu "Delta" və "Delta+", yəni "Ay.4.2" variantının yayılması və mövsümlə əlaqələndirirlər.
Pandemiyaya qarşı məhdudiyyətlər yenidən gündəmdə...
Yoluxma və ölüm sayının artması bir çox ölkəni əlavə tədbirlər görməyə məcbur edib. Belə ki, Hollandiya hökuməti noyabrın 2-də maska və sosial məsafə qaydalarını yenidən bərpa etmişdi, lakin ölkə miqyasında epidemioloji vəziyyətin daha da pisləşməsi səbəbindən noyabrın 13-dən qismən qapanma tədbirlərinin tətbiqinə başlanılıb.
Yoluxma sayındakı artımlar İtaliyanı da məhdudiyyətləri genişləndirməyə sövq edib. Belə ki, ictimai nəqliyyatda nəzarət gücləndirilib. Artıq taksi və xüsusi sərnişindaşıma ilə məşğul olanlara 2-dən çox sərnişin götürməyə icazə verilmir.
Avstriyada vaksinasiya olunmayan şəxslərin küçəyə çıxmasına məhdudiyyət tətbiq edilib, Ukraynada isə əhalinin vaksinasiyaya təşviqi üçün pul mükafatının verilməsi nəzərdə tutulub.
Azərbaycana gəlincə səhiyyə naziri əvəzi Teymur Musayev hələlik məhdudiyyətlərin tətbiq edilməsinə ehtiyac olmadığını açıqlamışdı.
SİA -nın məlumatına görə, pandemiya ilə bağlı Trend-ə açıqlama verən həkim-infeksionist Könül İsmayılova bildirib ki, hazırda epidemioloji vəziyyət ölkəmiz üçün stabil hesab oluna bilər, lakin, yanaşı olaraq mövsümi infeksiya halları izlənilməkdədir:
"Qəfil və kəskin iqlim dəyişikliyi buna yoluxmaların artmasına təkan verən amillər sırasındadır. Mutasiya etmək viruslara xas xüsusiyyətdir, bu, əhalidə narahatlıq doğurmalı deyil, sadəcə olaraq qorunma tədbirlərinə əməl etmək yetərlidir. Əl gigiyenası, respirator etiketlərə, qapalı məkanlarda maska istifadəsi və spirt əsaslı dezinfektantların istifadəsi standart-əsaslı qorunma tədbirləridir. Hazırda dünyada ən çox ölüm sayı Rusiyada izlənilir, bu isə onlarda vaksinasiya olunmuş əhalinin sayının azlığı ilə əlaqələndirilir. Azərbaycanda hazırda buster doza alan şəxslər kifayət saydadır. Buster doza yaranmış immuniteti gücləndirməyə yardım edir. O səbəbdən də risk qrupunda olan insanların buster doza alması tövsiyyə olunandır".
Koronavirusa qarşı vaksinləri həblər əvəz edəcək?
Qeyd edək ki, aparıcı dərman şirkətləri virusun qarşısının alınması üçün tədqiqatlarını davam etdirirlər. Yaxın gələcəkdə ənənəvi vaksinləri həblər əvəz edə bilər. Belə ki, "Pfizer" şirkəti "Paxlovid" adlı preparatının ağırlaşmış və ölüm riski yüksək olan xəstələrdə istifadə olunması üçün ABŞ-ın Qida və Dərman preparatlarına Nəzarət İdarəsinə (FDA) müraciət edib. Müsbət cavab veriləcəyi təqdirdə, yaxın həftələrdə həbin satışa çıxarılacağı gözlənilir. Sözügedən dərmanın xəstəxanalara düşmə və ölüm riskini 89 faiz azaltdığı bildirilir. Xatırladaq ki, bir müddət əvvəl isə "Merck & Co" şirkətinin "Molnupiravir" adlı koronavirus əleyhinə preparatı təqdim edilmiş və İngiltərə bunun istifadəsinə icazə verən ilk ölkə olmuşdu.
Bəs yeni vasitələr pandemiyanın sonunu gətirə bilərmi?
Könül İsmayılovanın sözlərinə görə, hazırda dünya ölkələrində epidemik alovlanmalar yüksək olduğu bir halda bunu qabaqcadan proqnozlaşdırmaq çətindir. Lakin, tibb elmi daima inkişafdadır.
"Təbii ki, daima yenilənən texnologiya və təbabət sahəsində sonunda hər bir tibbi problemin aradan qaldırılmasında nailiyyətlər əldə olunacaq. Koronavirusla mübarizədə tibbdə digər virus xəstəlikləri üçün istifadə olunan virusəleyhinə preparatlar da tətbiq olunur və zamanla bu preparatların effektivliyi qiymətləndirilir. Koronavirusa qarşı dərmanların sayının artması əsas deyil, bu preparatların effektivliyi və insan sağlamlığı üçün təhlükəsizliyi önəmlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



