ABŞ yeni taktiki nüvə bombaları hazırlayacaq

ABŞ yeni taktiki nüvə bombaları hazırlayacaq

Amerika Birləşmiş Ştatları özünün “B-2 Spirit” strateji bombardmançıları və hazırlanmaqda olan “B-21 Raider”, həmçinin Avropada Amerika və NATO-nun digər qırıcı-bombardmançı təyyarələrini gücləndirmək üçün ən azı 480 yeni “B61-12” nüvə bombası istehsal etməyi planlaşdırır.

Bu barədə Amerika Alimləri Federasiyasının (FAS) məlumatında deyilir.

Qeyd edilir ki, bu nüvə silahlarının əksəriyyəti 2022-ci ildə ABŞ-ın kontinental hissəsində yerləşdirilə bilər.

Yeni aviabombaların Avropadakı aviabazalardakı anbarlara yerləşdirilməsinə 2023-2024-cü illərdə başlanması planlaşdırılır

Bütün xəbərlər Facebook səhifəmizdə