İsveçrədə COVID-19 pandemiyasının 5-ci dalğası başlayıb.
Bu barədə İsveçrənin səhiyyə naziri Alen Berse mətbuat konfransında bildirib.
Nazir deyib ki, yeni məhdudiyyətlərin tətbiqinə ehtiyac yoxdur, belə ki, epidemiyanın inkişafı isveçrəlilərin davranışından asılıdır.
İsveçrə səhiyyə rəsmisi qeyd edib ki, bir ay ərzində ölkədə yoluxma dörd dəfə artıb.
Bern Universitetinin epidemioloqu Kristian Althaus pulsuz koronavirus testlərini bərpa etməyə və qapalı yerlərdə daha çox maska taxmağa çağırıb("Report").
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB