Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

Ötən gün yoluxma sayı 22.234-dür
Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

Türkiyədə yeni tip korona virusundan (Covid-19) noyabrın 18-də 226 nəfər dünyasını dəyişib. SİA bu barədə türk mətbuatına istinad edir.

Bir gündə 357 min 223 test edilib. Gündəlik yoluxma sayı 22.234-dür.

Son 24 saatda sağalanların sayı 29.538-dir.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi 119 milyon 32 min 723 peyvənd vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə