Kaliforniyada erməni mühacirlərin 20 milyon dollarlıq dələduzluğu

Kaliforniyada erməni mühacirlərin 20 milyon dollarlıq dələduzluğu

Kaliforniyada yaşayan erməni cütlük COVID-19 yardım fondundan qanunsuz olaraq 20 milyon dollardan çox vəsait aldığı üçün həbs cəzasına məhkum edilib. SİA amerika mətbuatına istinadən xəbər veir ki, məhkəmə onları axtarışa verib və polis orqanlarına onların dərhal həbs edilməsi barədə göstəriş verib.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, 43 yaşlı Riçard Ayvazyan 17 il, həyat yoldaşı 37 yaşlı Marietta Terabelyan isə sui-qəsd, bank fırıldaqları və çirkli pulların yuyulmasında ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hər ikisi axtarışdadırlar. Ona görə də onlar barəsində qiyabi hökm çıxarılıb. Federal Təhqiqatlar Bürosundan (FTB) verilən məlumata görə, erməni cütlük avqustun 29-da izləmə bilərziklərini söndürüblər.

Hakim Stiven Uilson hökm oxunarkən Ayvazyanı "qanunlara hörmət etməyən, dələduz, fırıldaqçı" kimi təsvir edib. Hakim Ayvazyanın qardaşı 41 yaşlı Arturu da 5 il müddətinə azadlıqdan məhrum edib.

İyunun 25-də federal münsiflər heyəti Riçard Ayvazyan, Artur Ayvazyan və Terabelyanı bank və elektron fırıldaqçılıqda sui-qəsddə təqsirli bilib. Riçard Ayvazyan və qardaşı da insan oğurluğunda təqsirli biliniblər.

FTB Riçard Ayvazyan və Terabelyan haqqında məlumat verənə 20 min dollara qədər mükafat təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə