Rusiyada koronavirusdan ölüm artıb

Rusiyada koronavirusdan ölüm artıb

Rusiyada koronavirusa son sutkada 36 626 nəfərin yoluxması ilə ümümi yoluxma sayı 9 182 538 olub.

Nisbi yoluxma artımı isə 0,4 faiz təşkil edib. SİA bu barədə TASS-a istinad edir.

Son bir gündə virus səbəbilə 1 247 ölüm hadisəsi baş verib ki, bu da növbəti antirekorddur. Bununla da ölüm sayı 259 084-ə çatıb.

Əvvəlki rekord göstərici noyabrın 13-də (1 241 nəfər) qeydə alınıb.

Şərt ölüm nisbəti (son ölüm yalnız epidemiya bitdikdən sonra müəyyən edilə bilər) 2,82 faiz səviyyəsində qalıb.

Gün ərzində sağalanların sayı 36 388 nəfər artıb ki, bu da pandemiya başlandan maksimum göstəricidir.

Bütün xəbərlər Facebook səhifəmizdə