Papikyan Muradovu qəbul edib - YENİLƏNİB

Papikyan Muradovu qəbul edib - YENİLƏNİB

Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradovu qəbul edib.

SİA-nın xəbərinə görə, bu barədə “news.am” saytı məlumat yayıb.

*****

21.26

Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradovu Bakıdan İrəvana aparan təyyarə yerə enib.

SİA-nın xəbərinə görə, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Sayt yazır ki, Muradov özü ilə bir erməni hərbçisinin cəsədini aparıb.

***

20.40

Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradov təyyarə ilə Bakıdan İrəvana yola düşüb.

SİA-nın xəbərinə görə, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

Sayt yazır ki, təyyarənin göyərtəsində son təxribat zamanı ölən erməni hərbçilərinin cəsədləri var. Lakin hava gəmisində heç bir hərbi əsir yoxdur. General Muradov Azərbaycan-Ermənistan sərhədinin Rusiya sülhməramlılarının məsuliyyət zonasından kənarda olan hissəsindəki vəziyyəti nizamlamaq üçün danışıqlar aparmaq niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə