"Taliban" Əfqanıstanda hakimiyyətə gəldikdən sonra onlarla əlaqə konstruktiv və faydalı olub.
Qeyd edək ki, bunu BMT-nin Əfqanıstandakı missiyasının rəhbəri Debora Lyons Təhlükəsizlik Şurasının iclasında deyib.
Missiya rəhbəri onu da bildirib ki, BMT Əfqanıstanda İŞİD terrorçularının fəallığının artmasından narahatdır.
"Taliban" bu terror qruplaşmasının yayılmasına müqavimət göstərə bilmir", - Lyons qeyd edib.
O, əlavə edib ki, Əfqanıstanda ağır iqtisadi vəziyyət silah və narkotik ticarətinin həcminin artmasına səbəb ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB