Türkiyədə işsizlik nisbəti, cari ilin üçüncü rübündə ikinci dörddəbirinə müqayisədə 0,4 faiz azalaraq 11,7 faiz olub. Sözügedən dövrdə işsizlərin sayı 3 milyon 842 min nəfərə enib. SİA bu barədə türk mətbuatına istinad edir.
Türkiyə Dövlət Statistika Komitəsi (TÜİK) bu ilin iyul-sentyabr dövrünə dair işçi qüvvəsi statistikasını açıqlayıb. Hesabata görə 2021-ci ildə Türkiyədə 15 və daha yuxarı yaşda olan işsizlərin mövsümi təsirlərdən təmizlənmiş sayı ilin üçüncü rübündə 57 min nəfər azalaraq 3 milyon 842 min nəfər, mövsümi təsirlərdən təmizlənmiş işsizlik nisbəti isə 0,4 faiz azalaraq 11,7 faiz oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB