Krasnodar diyarı Uqandaya malların ixracını artırmaq niyyətindədir. SİA xəbər verir ki, bu barədə vilayət administrasiyası məlumat yayıb.
Region rəhbərinin müavini Aleksandr Ruppel Uqanda ilə Rusiyanın regionları arasında ticarətin artırılması və əməkdaşlığın inkişafı vektorunun 2019-cu ildə Soçidə Rusiya-Afrika sammiti çərçivəsində iki dövlət liderlərinin görüşü zamanı qoyulduğunu bildirib.
"Biz artıq ilk nəticələri görürük. 2020-ci ildə Krasnodar diyarı ilə Uqanda arasında xarici ticarət dövriyyəsi demək olar ki, 1,5 dəfə artaraq 18,5 milyon ABŞ dolları təşkil edib. Biz Kubanın qeyri-resurs qeyri-enerji ixracının artırılması üçün əhəmiyyətli potensial görürük", deyə Ruppel bildirib.
Aydın olur ki, bu, qubernatorun müavini və Uqandanın Rusiya Federasiyasındakı səfiri Conson Aqar Olvanın görüşündə müzakirə olunub.
Region administrasiyasının məlumatına görə, hazırda bölgənin Uqanda ilə ticarətində böyük pay ixracdır. Dörd regional müəssisə öz məhsullarını Uqanda bazarına təqdim edir ki, bunlar buğda və taxıl bitkiləri, şərab və şərab materialları, alətlər və avadanlıqlardır.
Conson Agara Olva bildirib ki, Uqanda öz növbəsində ticarətin artırılmasında maraqlıdır.
Qubernator müavini məsələnin həlli ilə bağlı İnvestisiyalar, Kiçik və Orta Sahibkarlığın İnkişafı Departamentinə göstəriş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB