ABŞ və Rusiya arasında kosmosda da gərginlik yaşanıb

ABŞ və Rusiya arasında kosmosda da gərginlik yaşanıb

ABŞ Rusiyanı kosmosa peyk əleyhinə raket sınağına görə qınayıb. Birləşmiş Ştatlar Rusiyanın Beynəlxalq Kosmik Stansiyanı (BKS) və onun ekipajını təhlükə altında qoyduğunu bildirib. SİA xarici mətbuata istinadən bildirir ki, Rusiyanın öz peykini vurduğu raket sınağında əmələ gələn dağıntı parçaları BKS-ni təhdid etdiyi üçün stansiyadakı astronavtların kapsullara sığınmalı olduğu açıqlanıb. Hazırda stansiyada 4 amerikalı, iki rus və bir alman ekipaj üzvü var.

Sözügedən parçanın 1982-ci ildə kosmosa göndərilən və çəkisi bir tondan çox olan Rus casus peykinin Kosmos-1408-ə aid olduğu bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə