Kubada etiraz aksiyası baş tutmayıb

Kubada etiraz aksiyası baş tutmayıb

Kuba müxalifətinin paytaxt Havanada keçirmək istədiyi kütləvi etiraz aksiyası ləğv olunub.

SIA APA istinadla bildirir ki, təşkilatçılar polisin say çoxluğunu nəzərə alaraq aksiyanı dayandırıblar.

Bununla belə, bəzi şəhərlərdə azsaylı qruplar dinc aksiya keçiriblər. Həftənin ilk iş günü polis bir neçə fəalı həbs edib. Bir neçə nəfərin isə yaşadığı mənzili tərk etməsi qadağan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə