Kuleba məsləhətlər verib FRANSA VƏ ALMANİYAYA

Kuleba məsləhətlər verib FRANSA VƏ ALMANİYAYA

Hazırda Fransa və Almaniya Rusiya Federasiyasının Ukraynada mümkün “hərbi ssenarisi”nə hazırlaşmalıdırlar, çünki o zaman ölkələrin buna vaxtı olmayacaq, lakin indi hamının diqqəti siyasi nizamlanmaya yönəlib. SİA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

Qeyd edək ki, bazar ertəsi Brüsseldə Ukrayna, Fransa və Almaniya xarici işlər nazirlərinin görüşü baş tutub. Bundan əvvəl Kuleba bildirib ki, o, Fransa və Almaniyadan olan həmkarları ilə Rusiya Federasiyasını təcavüzdən “demotivasiya etmək” üçün onunla təmasların zəruriliyi barədə razılığa gəlib.

Rusiya liderinin sözlərinə görə isə, Moskva heç vaxt Ukraynadakı münaqişənin tərəfi olması ilə razılaşmayacaq.

"Mənim üçün vacib idi ki, bizim tərəfdaşlarımız Almaniya və Fransa kimin nə etdiyini, Rusiyanın müxtəlif sahələrdə vəziyyəti daha da gərginləşdirdiyini çox aydın başa düşürlər. Hazırlıq işlərini indi həyata keçiririk... Çünki hərbi ssenari işləsə, o zaman sadəcə vaxt olmayacaq. Amma biz indi bütün diqqətimizi prosesin siyasi həllinə yönəltmişik”, deyə Kuleba Xarici İşlər Nazirləri ilə görüşdən sonra jurnalistlərlə söhbəti zamanı bildirib.

Onun sözlərinə görə, Ukrayna istənilən ssenaridə özünü çox məsuliyyətli aparacaq, buna hazırdır və özünü müdafiə edəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə