Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqını Cənubi Qafqazda ikili standartlar siyasətindən əl çəkməyə çağırıb.
SİA bu barədə erməni mətbuatına istinad edir.
Bu barədə o, Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin görüşündə çıxışında deyib:
“Dolayı bəyanatlar beynəlxalq tərəfdaşlarımızın laqeydliyi və hazır olmaması kimi qəbul edilə bilər”.
Onun sözlərinə görə, əgər Aİ Ermənistanın regionda sülhə nail olmaq səylərini dəstəkləmək istəyirsə, o zaman bu məsələlərdə səmimi olmaqdan və insan haqları və regionumuzda güc tətbiqi ilə bağlı ikili standart siyasətindən əl çəkərək mövqe bildirməkdən başqa yolu yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB