Sudanda ölənlərin sayı 23 nəfərə çatıb

Sudanda ölənlərin sayı 23 nəfərə çatıb

Sudanda hərbi çevrilişə qarşı oktyabrın 25-dən bəri davam edən etiraz aksiyalarında ən azı 23 nəfər ölüb.

Sudan həkimləri noyabrın 13-də baş və boyun nahiyəsindən ağır güllə yarası alan daha iki etirazçının öldüyünü açıqlayıb.

Komitənin açıqlamasında bildirilir ki, noyabrın 13-də keçirilən etiraz aksiyasına təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 3-ü azyaşlı olmaqla 7 nəfər həlak olub, daha 215 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə