Buzlağın 6 illik ərimə halı görüntülənib

Buzlağın 6 illik ərimə halı görüntülənib

Antarktidanın ən sürətli əriyən Şam Adası buzlağının ​​kosmosdan çəkilmiş 6 illik görüntüləri sosial mediada əks olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, buzlağın sürətli ərimə prosesi aydın şəkildə aşkarlanıb. Görüntülərdən əldə edilən nəticədən, buzlağın 2015-2021-ci illər arasında sürətlə əridiyini ortaya çıxarıb. 1990-2009-cu illər arasında Şam Adası buzlağının dənizə doğru hərəkəti, ildə 2,5 kilometrdən 4 kilometrə qədər sürətlənib. Daha sonra buzlağın sürəti on il ərzində bu yüksək sürətlə sabitləşib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə