Meksikanın mərkəzində silahlı şəxslərin evə hücumu nəticəsində 5 nəfərin öldüyü bildirilib. SİA xarici mətbuata istinadən bildirir ki, hücum noyabrın 13-də Meksikanın Quanaxuato əyalətinin Apaseo El Qrande şəhərində baş verib. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri 3-ü qadın olmaqla 5 nəfərin evdə ölü tapıldığını, 8 aylıq körpənin isə qolundan yaralandığını bildirib. Yaralı körpənin xəstəxanada müalicəsinin davam etdiyi bildirilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB