...nəticədə 4 hərbçi ölüb, 14-ü yaralanıb
Malinin cənub-qərbində törədilən terror aktı nəticəsində 4 hərbçi həlak olub, 14 hərbçi yaralanıb.
SİA xəbər verir ki, bu barədə Malinin mÜdafiə Nazirliyi məlumat yayıb.
Hadisə Kulikoro bölgəsində baş verib.
Hücum edən silahlı terror qruplaşmasının 6 üzvü öldürülüb.
Üç yaralı əsgərin vertolyotla hadisə yerindən təxliyə edildiyi bildirilib.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi həlak olanların ailələrinə başsağlığı verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB