Nepalda qar uçqunu məktəbə düşdü

Nepalda qar uçqunu məktəbə düşdü

Nepalın qərbindəki Mustanq bölgəsində qar uçqunu meydana gəlib.

Uçqun ərazidəki orta məktəb binasını da zədələyib.

Hadisə nəticəsində 11 nəfərin xəsarət aldığı bildirlib. Onlardan 7-nin şagird olduğu qeyd edilib.

Həmçinin, təbiət hadisəsi nəticəsində 150 iri buynuzlu mal-qaranın itkin düşdüyü vurğulanıb(Oxu.az).

Bütün xəbərlər Facebook səhifəmizdə