Partlayışla bağlı bir neçə şübhəli saxlanılıb

Partlayışla bağlı bir neçə şübhəli saxlanılıb
İngiltərənin Liverpul şəhərində qadın xəstəxanasının əsas girişi qarşısında taksinin partlaması nəticəsində bir nəfərin həlak olmasından sonra üç kişi Birləşmiş Krallığın terrorla mübarizə polisi tərəfindən həbs edilib.

Bu barədə “The Independent” xəbər verib.

Polis zabitləri 21, 26 və 29 yaşlı şübhəli şəxslərin Kensinqton ərazisində terrorla mübarizə çərçivəsində saxlanıldığını bildiriblər.

Polis məlumatında deyilir ki, partlayış hələ terror aktı kimi müəyyən edilməyib, lakin terrorla mübarizə əməkdaşları ehtiyat üçün istintaqa rəhbərlik edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB